Samux sakini hündürlükdən yıxılaraq ölüb

Samux sakini hündürlükdən yıxılaraq ölüb
# 22 iyul 2017 07:52 (UTC +04:00)

Göygöl rayonunda bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Samux rayonunun Sərkar kənd sakini, gənc yaşlarında olan Qəzənfər adlı şəxs ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Müayinə zamanı onun dünyasını dəyişdiyi məlum olub. Məlumata görə, həmin şəxs Göygöl rayonunun Balçılı kəndində tikintidə hündürlükdən yıxılaraq ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR