Barak Obama: ABŞ-ın Fars körfəzi ölkələri ilə əlaqəsi İrana qarşı istiqamətlənməyib

Barak Obama: ABŞ-ın Fars körfəzi ölkələri ilə əlaqəsi İrana qarşı istiqamətlənməyib
# 15 may 2015 03:33 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

Qeyd edək ki, Barak Obama Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin liderləri ilə öz iqamətgahında sammit təşkil edib.

“Bizim təhlükəsizlik sahəsində əməkdaşlığımız İranla konfrontasiyaya istiqamətlənməyib. Bizlərdən (görüş iştirakçılarından-red.) heç kim İranla münaqişə istəmir. Biz İranın regiondakı məsuliyyətli rolunu alqışlayırıq”, deyə Barak Obama görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, İran etimadın yaranması və qonşuları ilə ziddiyyətlərin sülh yolu ilə həll olunması üçün konkret və əməli addımlar atmalı, beynəlxalq norma və öhdəliklərə əməl etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR