Yaponiyada baş verən fırtına nəticəsində 2 nəfər ölüb, 33 nəfər xəsarət alıb

Yaponiyada baş verən fırtına nəticəsində 2 nəfər ölüb, 33 nəfər xəsarət alıb
# 17 iyul 2015 03:29 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın Sikoku ştatında baş verən şiddətli “Nanqka” fırtına nəticəsində 2 nəfər ölüb, 33 nəfər xəsarət alıb

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 360 min nəfər ada sakininə təhlükə barədə xəbərdarlıq edilib və evlərini tərk etmək tövsiyə olunub.

Təbii fəlakət zonasında dəmiryol nəqliyyatı dayandırılıb, hava limanında 200-dən çox aviareys ləğv edilib.

Meteoroloqların məlumatına görə, “Nanqka” şimal-şərq istiqamətində irəliləyərək Yaponiyanın ən böyük Honsü adasının Vakayama və Okayama prefekturalarına yaxınlaşır.

Fırtına episentri yaxınlığında küləyin sürəti saniyədə 55 metrə çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR