Şəkidə 58 yaşlı qadın bədbəxt hadisə ilə üzləşib

Şəkidə 58 yaşlı qadın bədbəxt hadisə ilə üzləşib
# 29 iyun 2015 17:34 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə 58 yaşlı qadın bədbəxt hadisə ilə üzləşib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Baltalı kənd sakini, 1957-ci il təvəllüdlü Gülzar Güləhməd qızı İbrahimova yaşadığı evin həyətyanı sahəsində albalı ağacında albalı yığarkən yıxılıb. 58 yaşlı Gülzar İbrahimova aldığı müxtəlif dərəcəli bədən xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki RMX-dan APA-ya verilən məlumata görə, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Gülzar İbrahimovaya bel fəqərəsinin sınığı və onurğanın qapalı travması dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR