Bakıda yol qəzaları baş verib

Bakıda yol qəzaları baş verib
# 11 sentyabr 2015 11:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Sabunçu rayonunda iki yol qəzası baş verib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 10-da saat 13.00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində müəyyən edilməmiş avtomobillə qəsəbə sakini Mirsəməd Seyidov vurulub.

M. Seyidova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Daha bir hadisə isə Zabrat qəsəbəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nəvai Vəliyev vurulub və o, xəstəxanaya yerləşdirilib.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR