"Azərenerji" rəhbərliyi Tbilisidə təqdimat keçirəcək

"Azərenerji" rəhbərliyi Tbilisidə təqdimat keçirəcək
# 28 yanvar 2017 12:06 (UTC +04:00)

15-16 fevral tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə "Hidroenergetika. Xəzər və Mərkəzi Asiya" adlı beynəlxalq konqres və sərgi keçiriləcək.

"APA-Economics" xəbər verir ki, konqres çərçivəsində region ölkələrinin energetika nazirlərinin görüşü olacaq. Nazirlər Xəzər Mərkəzi Asiya regionunda investisiya layihələrinin effektiv reallaşdırılması istiqamətində əməkdaşlığı müzakirə edəcək.

Tədbir çərçivəsində Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə, İran, Tacikistan və Qırğızıstan ərazisində 40 ədəd orta və kiçik hidroelektrik stansiyasının tikintisi və modernləşdirilməsi layihələrinin təqdimatı baş tutacaq.

Tədbirdə Azərbaycanı "Azərenerji" ASC-nin rəhbərliyinin təmsil edəcəyi gözlənilir.

Konqresə çox sayda iri enerji şirkətlərinin rəsmiləri də qatılacaq. Bununla yanaşı, tədbirdə Beynəlxalq Maliyyə Korporasiyasının, Avrasiya İnkişaf Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, habelə UNDP, KfW kimi maliyyə institutları da iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR