Azərbaycanda Sovet Ordusundan qalan və mülki əhali üçün təhlükəli olan aviabombalar aşkarlanıb - HESABAT

Azərbaycanda Sovet Ordusundan qalan və mülki əhali üçün təhlükəli olan aviabombalar aşkarlanıb - <span style="color: red;">HESABAT
# 03 sentyabr 2015 14:55 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Bu gün Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli silahlara qarşı Koalisiya təşkilatı Cenevrə şəhərində “Kasetli silahlara dair Hesabat 2015-i (Cluster Munition Monitor 2015)" təqdim edib.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanovun APA-ya verdiyi məlumata görə, hesabatda Azərbaycan ərazilərində kasetli silahlarla bağlı problemin Ermənistanın başladığı müharibənin nəticəsində yaranması vurğulanıb. Qeyd edilib ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafındakı yeddi rayonda aktiv döyüş əməliyyatları gedib. Bu səbəbdən də ərazilər partlamamış hərbi sursatlarla çirklənmiş hesab olunur.

Bundan başqa, keçmiş hərbi poliqonlar, partladılmış sursat anbarları, ərazilərə səpələnmiş sursatlar bu gün Azərbaycan üçün ciddi problemlər yaradır. Hazırda Azərbaycanda bir neçə belə ərazi mövcuddur. Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Güzdəkdə, Ceyrançöldə çoxlu sayda PHS üzə çıxıb. Samux rayonunda sovet ordusundan qalma aviabombalar aşkarlanıb ki, bunlar da mülki əhali üçün olduqca təhlükəlidir.

Rəsmi məlumatlarda bildirilir ki, Azərbaycan bu Konvensiyanın müddəalarını qəbul edir, ancaq ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün bu konvensiyaya qoşula bilmir. Digər tərəfdən bu gün qonşu dövlətlərdən heç biri, o cümlədən Ermənistan bu konvensiyaya qoşulmayıb. Azərbaycan konvensiyanın tələblərinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atır. Milli potensial yaradılıb, bir neçə regionda mina təmizləmə əməliyyatları aparılır. Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR