Fransa Müdafiə Nazirliyi: “Mistral” gəmilərinə görə Rusiyaya ödəniləcək təzminat 1,2 milyard avrodan az olacaq

Fransa Müdafiə Nazirliyi: “Mistral” gəmilərinə görə Rusiyaya ödəniləcək təzminat 1,2 milyard avrodan az olacaq
# 06 avqust 2015 11:17 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Le Drianın sözlərinə görə, məbləğin konkret həcmi və müqavilənin əsas məzmunu parlamentdə müzakirə olunacaq. Ardınca isə sənəd hər iki ölkənin parlamentlərində ratifikasiya edilməlidir.

Qeyd edək ki, bir müddət öncə Kremlin mətbuat xidməti “Mistral” tipli aviadaşıyıcıların tikintinin dayandırılması barədə məlumat yayıb.

Xatırladaq ki, müvafiq saziş 2011-ci ildə Fransanın DCNS/STX ilə Rusiyanın “Rosoboroneksport” şirkətləri arasında imzalanıb. Fransa “Vladivostok” adlı ilk gəmini ötən ilin noyabrında göndərməli olsa da, Ukraynadakı hadisələr buna əngəl olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR