Göygöldə narkotik tərkibli bitki əkib-becərən şəxs saxlanılıb

Göygöldə narkotik tərkibli bitki əkib-becərən şəxs saxlanılıb
# 28 noyabr 2016 06:30 (UTC +04:00)

Göygöldə qanunsuz olaraq, narkotik tərkibli bitki əkib-becərən və saxlayan şəxs tutulub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Balçılı kənd sakini, 1955-ci il təvəllüdlü İlqar Əliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı cibindən 45 qram qurudulmuş marixuana aşkarlanıb. Dindirilmə zamanı İ. Əliyev yaşadığı evin həyətində də narkotik tərkibli bitkilər əkib becərdiyini, kəndin yaxınlığında olan çaydan yabanı halda bitən çətənə kolları topladığını bildirib. Saxlanılan şəxsin evinə baxış zamanı bir neçə kisə qurudulmuş marixuana və xaş-xaş toxumları götürülüb. İlqar Əliyev bir ildir, narkotik tərkibli bitkilər əkib becərdiyini deyib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR