İraqda partlayış törədilib, 60 nəfər ölüb

İraqda partlayış törədilib, 60 nəfər ölüb
# 13 avqust 2015 07:56 (UTC +04:00)

Bakı-APA. İraqda şiələrin yaşadığı Sədr şəhərində törədilən partlayış nəticəsində azı 60 nəfər ölüb.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, terror aktı nəticəsində 200-dən çox insan yaralanıb. Avtomobilə yerləşdirilmiş partlayıcı qurğu insanların sıx olduğu yerdə işə salınıb. Hələlik terror hadisəsinə görə heç kim məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, bu həftənin əvvəlində İraqın şərqindəki Bakuba şəhərində törədilən partlayış nəticəsində onlarla insan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR