Nazir müavini: “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi gənclərin inkişafında yeni mərhələ olacaq"

Nazir müavini: “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi gənclərin inkişafında yeni mərhələ olacaq"
# 16 sentyabr 2017 11:40 (UTC +04:00)

"Ötən gün prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı Azərbaycan gənclərinin inkişafında yeni bir mərhələ olacaq".

APA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

O bildirib ki, bu proqramın təsdiq edilməsi haqqında sərəncamın imzalanması çox əlamətdar bir haldır. Nazir müavininin sözlərinə görə, bir gün öncə yeni neft kontraktının imzalanmasından sonra gənclərə yönəlmiş dövlət sənədinin qəbul edilməsi rəmzi hal daşıyır: “Hər iki sənəd Azərbaycanın gələcəyini, inkişafını nümayiş etdirir. Azərbaycanda gəncliyin inkişaf strategiyası qəbul olunub və bu strategiya çərçivəsində müəyyən dövrləri əhatə edən dövlət proqramları hazırlanır, icra edilir və 2017-2021-ci illəri əhatə edən sənəd sayca artıq 3-cü dövlət proqramıdır. 11 fəsildə 104 bənddən ibarət olan bu proqramda müasir dövrün tələblərinə cavab verən, eyni zamanda gənclərin inkişaf strategiyasından irəli gələn hədəflər öz əkisini tapıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR