Azərbaycanın 20 il əvvəl axtarışa verdiyi, Moskvada həbs olunan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Azərbaycanın 20 il əvvəl axtarışa verdiyi, Moskvada həbs olunan şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 09 fevral 2018 11:05 (UTC +04:00)

Azərbaycanın 20 ildir, axtarışa verdiyi, Moskvada həbs olunan mütəşəkkil cinayətkar dəstənin başçısının adı məlum olub.

Rusiya hüquq-mühafizə orqanlarından APA-nın Moskva müxbirinə bildirilib ki, saxlanılan şəxs Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Akif Rüstəmovdur.

Onun iki gün əvvəl Moskvada hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş əməliyyat zamanı yaxalandığı bildirilib.

Məlum olub ki, A. Rüstəmov uzun müddət Moskvada başqa adla gizlənib.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk onun 1997-ci ildə törətdiyi soyğunçuluq, adam oğurluğu və quldurluq cinayətlərinə görə Azərbaycan tərəfindən beynəlxalq axtarışa verildiyini bildirib.

***

13.47

Moskvada başqa adla gizlənən, azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstənin lideri saxlanılıb.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib.

O bildirib ki, 49 yaşlı azərbaycanlı 1997-ci ildə Azərbaycanda törətdiyi soyğunçuluq, adam oğurluğu və quldurluq cinayətlərinə görə beynəlxalq axtarışda olub.

Onun 20 ildir axtarışda olduğu bildirilir.

O, xüsusi təyinatlı polis qüvvələrinin dəstəyi ilə saxlanılıb.

“Həmin şəxs 1997-ci ildən cinayət məsuliyyətindən yayınır. O, saxta SSRİ pasportundan istifadə edərək Rusiya vətəndaşı və ümümvətəndaşlıq pasportları alıb. Lakin hüquq-mühafizə orqanları sonradan müəyyən edib ki, Azərbaycanda eyni ad-soyadda başqa şəxs yaşayır”, - deyə İrina Volk bildirib.

DİN rəsmisi əlavə edib ki, Rusiya tərəfindən verilən vətəndaşlıq artıq ləğv edilib.

Azərbaycanlının kirayə yaşadığı evdə axtarış zamanı “İJ-70 və “Brauninq” markalı tapançalar, 23 güllə və Qazaxıstan vətəndaşına məxsus saxta pasport aşkar edilib.

İ. Volk bildirib ki, saxlanılan şəxs barəsində qanunsuz silah gəzdirmə maddəsi ilə cinayət işi başlanılıb: “Onun Azərbaycana ekstradisiyası nəzərdə tutulur. Həmin şəxsin Rusiya ərazisində digər cinayətlərdə iştirakı məsələsi də yoxlanılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR