Husilər Səudiyyə Ərəbistanının vertolyotunu vurublar, 2 nəfər həlak olub

Husilər Səudiyyə Ərəbistanının vertolyotunu vurublar, 2 nəfər həlak olub
# 29 noyabr 2019 11:47 (UTC +04:00)

Bu gün Yəmənin "Ansar Allah" hərəkatının üzvləri (husilər) Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus “Apaçi” vertolyotunu vurublar.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” husilərə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, vertolyot Yəmənin Səudiyyə Ərəbistanı ilə sərhədində vurulub.

Hadisə zamanı vertolyotda olan iki nəfər həlak olub, vertolyot tamamilə yanıb.

Hələlik Səudiyyə Ərəbistanı bu məlumatı təsdiqləməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR