Sabirabadda 22 yaşlı oğlan bıçaqlanıb

Sabirabadda 22 yaşlı oğlan bıçaqlanıb
# 20 iyul 2018 03:41 (UTC +04:00)

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Bıçaq xəsarəti alan kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədov Şamil Qurban oğlu Şirvan şəhər xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Ş.Əhmədovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR