Bu ildən uşaqlar üçün qadağan edilən informasiya məhsullarının məktəbdən 150 metrdən az məsafədə yayılmasına yol verilməyəcək

Bu ildən uşaqlar üçün qadağan edilən informasiya məhsullarının məktəbdən 150 metrdən az məsafədə yayılmasına yol verilməyəcək
# 01 yanvar 2020 10:13 (UTC +04:00)

Bu gündən etibarən uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilməyəcək.

APA-nın məlumatına görə, bu, “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanunun bu tələbi 1 yanvar 2020-ci ildən qüvvəyə minir.

Qanuna əsasən, təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR