Azərbaycan səfiri Braziliya Deputatlar Palatası və Senatının təmsilçiləri ilə görüşüb

Azərbaycan səfiri Braziliya Deputatlar Palatası və Senatının təmsilçiləri ilə görüşüb
# 21 oktyabr 2016 16:03 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov bu ölkə Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti, deputat Klaudio Kajado ilə görüşüb.


XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Kajado Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdıraraq ölkənin əldə etdiyi yüksək nailiyyətlərin təqdirəlayiq olduğunu bildirib. O, Braziliyanın Azərbaycanla olan əlaqələrinə xüsusi önəm verdiyini deyib.

Səfir E. Sultanov müstəqilliyin bərpasından keçən 25 il ərzində Azərbaycanın inkişaf yolu və bütün sahələrdə qazandığı böyük uğurlardan bəhs edib. O, Azərbaycan və Braziliya arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi üçün potensialın olduğunu vurğulayıb. Görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Braziliya Senatında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti, senator Kristovam Buarke isə Azərbaycan səfirliyini ziyarət edib və səfir E. Sultanovla görüşüb. Görüş zamanı Azərbaycan və Braziliya arasında parlamentlərarası əməkdaşlığın konkret perspektivlərinə dair mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR