Tonqo adası sahillərində 5,6 maqnitudalı zəlzələ olub

Tonqo adası sahillərində 5,6 maqnitudalı zəlzələ olub
# 08 oktyabr 2017 17:02 (UTC +04:00)

Bu gün Sakit okeanda Tonqo adası sahillərində 5,6 maqnitudalı zəlzələ olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi yerli vaxtla saat 14.04 radələrində baş verən zəlzələnin ocağının Nukualofa şəhərindən 238 km şimalda, 10 km dərinlikdə yerləşdiyini açıqlayıb.

Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR