Təhsil Nazirliyi sürücü kadrlarının hazırlığı ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim edib

Təhsil Nazirliyi sürücü kadrlarının hazırlığı ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim edib
# 18 avqust 2015 13:02 (UTC +04:00)

Təhsil Nazirliyi artıq müvafiq təkliflərini Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim edib”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

S. Gözəlov bildirib ki, ilk olaraq ictimai nəqliyyat, o cümlədən taksi sürücülərinin yenidən və sistemli şəkildə hazırlığı ilə bağlı təklif irəli sürülüb: “Bildiyiniz kimi, ölkədə sürücü kadrlarının hazırlığı müxtəlif şirkətlər, təşkilatlar tərəfindən aparılır. Bu isə həmin hazırlığın metodikalarının müxtəlifliyi deməkdir. Təhsil Nazirliyi tərəfindən tabeçiliyindən və mülkiyyət formasında asılı olmayaraq, sürücü kadr hazırlığı aparan bütün təhsil müəssisələrində vahid proqram əsasında tədris və yenidən təkmilləşdirmə aparılması təklif olunub”.

S. Gözəlov qeyd edib ki, Bakıda nəqliyyat sıxlığının azaldılması ilə əlaqədar Təhsil Nazirliyinin tabeliyində olan xüsusilə ali təhsil müəssisələrinin qapalı ərazi sahələrində həmin müəssisələrinin əməkdaşlarının nəqliyyat vasitələrinin parklanma imkanlarının araşdırılması ilə bağlı təklif də Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim olunub. Onun sözlərinə görə, qapalı ərazi sahələrində neçə ədəd nəqliyyat vasitəsinin parklanmasının mümkünlüyü təyin edilib: “Araşdırmalar göstərib ki, nəqliyyatın sıx olduğu yerlərdə yerləşən ali təhsil müəssisələrinin qapalı sahələrində əməkdaşların avtonəqliyyat vasitələrinin saxlanması hesabına bu müəssisələrin yerləşdiyi nəqliyyat qovşaqlarında təxminən 20-30 faizə qədər haradasa küçədə parklanan avtomobillərin sayını azaltmaq mümkündür. Bu da öz növbəsində küçənin avtomobillərdən təmizlənməsi, avtomobil yollarının keçicilik qabiliyyətinin artması, hərəkət intensivliyinin normallaşması, yekun olaraq təhlükəsizliyin yüksəlməsinə imkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR