Sumqayıtda mənzildən qadın meyiti aşkarlanıb

Sumqayıtda mənzildən qadın meyiti aşkarlanıb
# 28 noyabr 2017 19:40 (UTC +04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. APA-nın FHN-nin saytında istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və orada aşkarlanan 1935-ci il təvəllüdlü qadının cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR