Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi memorandum imzalayıb

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi memorandum imzalayıb
# 17 may 2018 13:46 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlıq istiqamətləri, ikitərəfli əlaqələrin perspektivlərinin müəyyən edilməsi ilə bağlı memorandum imzalanıb.

"APA-Economics" xəbər verir ki, əməkdaşlığa dair memorandumu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev imzalayıblar.

Memorandumun əsas hədəfi daşınmaz əmlakın kadastrı, xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, şəhərsalmanın planlaşdırılması, o cümlədən birgə layihələrin həyata keçirilməsi, bu sahədə innovasiyaların tətbiqidir.

Tədbir çərçivəsində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki mühüm layihələrdən olan Torpaqların Elektron Kadastr Uçotu Sistemi, yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sistemi, o cümlədən müvafiq proqram təminatları və bu sahədə tətbiq olunan innovasiyalar canlı şəkildə nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR