Bakıda kirayə qaldığı evdən oğurluq edən qadın tutulub

Bakıda kirayə qaldığı evdən oğurluq edən qadın tutulub
# 28 iyul 2017 12:40 (UTC +04:00)

Bakıda mənzildən pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 26-da Bakı şəhər sakini son bir ay ərzində Səbail rayonu ərazisində yaşadığı mənzildən 3350 manat pulunun oğurlanması barədə DİN-in “102 Zəng Mərkəzi”nə müraciət edib.

Məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu həmin ünvana gəlib, hadisə yeri müayinə olunub, müvafiq araşdırmalar aparılıb.

“İsti izlər”lə keçirilmiş əməliyyat tədbirləri ilə polis əməkdaşlarında oğurluğun həyətdə kirayədə yaşayan Neftçala rayon sakini İlahə Əsədova tərəfindən törədilməsinə dair şübhələr yaranıb.

Kirayəşin şübhəli şəxs qismində Polis Bölməsinə dəvət olunub. Əsaslı dəlillər qarşısında o, törətdiyi əməli etiraf edib. Ev sahibinin işdə olduğu müddətdə ora daxil olduğunu, pulun saxlandığı yerdən şübhə doğurmaması üçün ümumi məbləğdən 3350 manatı götürdüyünü, ələ keçirdiyi puldan müəyyən qədər kosmetik əşyalara xərclədiyini, qalan məbləğin isə evində olduğunu bildirib.

Polis əməkdaşları tərəfindən həmin pul onun kirayədə qaldığı evdən aşkar edilərək maddi sübut kimi götürülüb. İ.Əsədova saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR