Türkiyədə AKP-nin binası qarşısında partlayış törədilib

Türkiyədə AKP-nin binası qarşısında partlayış törədilib
# 26 iyul 2015 01:14 (UTC +04:00)

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, binanın qarşısındakı avtomobil dayanacağında səs bombası partladılıb.

Partlayış nəticəsində xəsarət alan olmasa da, binaya zərər dəydiyi bildirilir.

Polis hadisə yerində müvafiq tədbirlər görür. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, iyulun 22-də İstanbulda AKP ofisi silahlı hücuma məruz qalmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR