Daxili işlər orqanları Novruz bayramı münasibəti ilə qaçqın və məcburi köçkünlərə yardım edib

Daxili işlər orqanları Novruz bayramı münasibəti ilə qaçqın və məcburi köçkünlərə yardım edib
# 15 mart 2013 13:33 (UTC +04:00)

Bakı-APA. Novruz bayramı ərəfəsində respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə Daxili İşlər Nazirliyinin (DİN) təmsilçiləri Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüblər. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov bu kateqoriyadan olan insanların qayğıları ilə daim maraqlandığına, problemlərinin həllinə hər zaman yardımçı olduğuna görə nazirliyin rəhbərliyinə minnətdarlığını bildirib. Polis general-leytenantı Əsgər Ələkbərov respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşıdan gələn əlamətdar bayram münasibətilə təbriklərini doğma yurd-yerlərindən didəgrin düşmüş insanlara çatdırlb.

Nazir müavini ölkə başçısının bütün vətəndaşların, xüsusilə qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman xüsusi diqqət və qayğı ilə, həssaslıqla yanaşmağı bütün dövlət qurumlarının rəhbərlərindən tələb etdiyini, sosial müdafiəyə ən çox ehtiyacı olan həmin insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, daxili və xarici siyasət, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş bir sıra uğurlardan danışıb.

Görüş iştirakçıları daimi diqqət və qayğıya görə dövlət başçısına və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirib, ölkə Prezidentinin siyasətini dəstəklədiklərini qeyd ediblər.

Sonra respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 64,5 min manatın 40 min manatı Sabirabadda məskunlaşmış qaçqın və məcburi köçkünlərə çatdırılıb. Bundan əlavə, sözügedən vəsaitin qalan 24,5 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkünlərə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR