Tovuzda iki minik avtomobili toqquşub

Tovuzda iki minik avtomobili toqquşub
# 23 iyul 2017 16:35 (UTC +04:00)

Tovuzda iki minik avtomobili toqquşub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Qovlar şəhərində qeydə alınıb. “VAZ2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər qadın yüngül xəsarət alıb.

Ona hadisə yerində tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR