“Fərat qalxanı” çərçivəsində Əl-Babın azad edilməsi əməliyyatı başlayıb

“Fərat qalxanı” çərçivəsində Əl-Babın azad edilməsi əməliyyatı başlayıb
# 13 noyabr 2016 10:27 (UTC +04:00)

Türkiyə ordusunun dəstəyi ilə keçirilən Suriyada həyata keçirilən “Fərat qalxanı” əməliyyatının növbəti mərhələsi başlayıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gecə saat 02.00 radələrində Türkiyə ordusunun “Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu Əl-Bab şəhərinin İŞİD terror təşkilatından azad edilməsi əməliyyatına start verib.

Buna səbəb PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin Əl-Baba yaxınlaşması olub. Əməliyyata start verən müxalif Azad Suriya Ordusu Hazvan, Süsyan, Aldana, Kıyran, Uglan və Avlan kəndlərini İŞİd-dən alıb. Azad Suriya Ordusunun birlikləri hazırda Əl-Bab şəhərinin 2 km yaxınlığındadır.

Qeyd edək ki, Əl-Bab İŞİD terror təşkilatının Suriyada Rakka şəhərindən sonra əsas ikinci mərkəzidir. Əl-Bab strateji mövqeyi ilə seçilir. PKK-nın Suriya qolu olan PYD bu şəhəri ələ keçirərək Suriyada elan etdiyi kürd kantonları birləşdirməyə çalışır. Bu kantonlar Türkiyə sərhədində yerləşir. Türkiyə bəyan edib ki, sərhədində terror qurşağının yaranmasına yol verilməyəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, Əl-Babın PYD-nin nəzarətinə keçməsinə imkan verilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR