Qudrət Həsənquliyev OECD nümayəndələrini qəbul edib

Qudrət Həsənquliyev OECD nümayəndələrini qəbul edib
# 20 oktyabr 2016 16:39 (UTC +04:00)

Bakı – APA. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndələrini qəbul edib.

BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə rəhbərlik edən Nelli Petkova Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına daxil olan altı ölkənin enerji subsidiyaları ilə bağlı regional araşdırmanın aparıldığını bildirib. O, layihənin Azərbaycanda da aparıldığını diqqətə çatdırıb. Qonaq deyib ki, “Şərq Tərəfdaşlığı” ölkələrinə dair bu araşdırma “Şərq Qonşuluğunda Yaşıllaşan İqtisadiyyatlar” (EaP GREEN) layihəsi çərçivəsində hazırlanır. Layihə Avropa İttifaqı tərəfindən dəstəklənir və hər altı “Şərq Tərəfdaşlığı” ölkəsinin hökumətləri tərəfindən koordinə olunur. Proqram UNECE, UNEP və UNIDO ilə birlikdə icra edilir.

Görüşdə layihə ətrafında geniş müzakirə aparılıb. Eyni zamanda, Azərbaycanda enerji sektorundakı vəziyyət və enerji sektoruna aid olan subsidiyaların çoxluğu, alternativ və bərpa olunan enerjinin inkişafı məsələsi də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR