ABŞ-da hasilatın artması ilə bağlı proqnoz nefti ucuzlaşdırır

ABŞ-da hasilatın artması ilə bağlı proqnoz nefti ucuzlaşdırır
# 31 yanvar 2017 05:58 (UTC +04:00)

Dünya birjalarında neft ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar və ya 0,42% azalaraq 52,41 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar və ya 0,07% azalaraq 55,19 dollar olub.

Bu gün ABŞ-ın Enerji İnformasiya İdarəsi ölkənin kommersiya ehtiyatlarının həcmini açıqlayacaq. "Bloomberg" agentliyinin proqnozlarına əsasən, kommersiya ehtiyatları 3 mln. barel artacağı gözlənilir. Proqnoza görə, ABŞ-da sutkalıq neft hasilatı 9,5 mln. barelə çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR