AİF-in 50 mln. manatlıq emissiyasının ilk tranşının yerləşdirilməsinə başlanır

AİF-in 50 mln. manatlıq emissiyasının ilk tranşının yerləşdirilməsinə başlanır
# 24 yanvar 2017 11:55 (UTC +04:00)

"Azərbaycan İpoteka Fondu" ASC-nin ilk ipoteka istiqrazlarının 50 mln. manatlıq emissiyasının ilk tranşının yerləşdirilməsinə başlanır.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yanvarın 27-də “Bakı Fond Birjası” QSC-də "Azərbaycan İpoteka Fondu"nun 10 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar nominal dəyərlə satışa çıxarılacaq.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu"nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti ötən ilin noyabrın 21-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR