Siyəzəndə futbolçuları daşıyan mikroavtobus yanıb

Siyəzəndə futbolçuları daşıyan mikroavtobus yanıb
# 24 noyabr 2016 08:14 (UTC +04:00)

Bakı-Quba yolunda avtomobil yanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “İnter” futbol klubunun futbolçularının olduğu mikroavtobus qəfildən alışıb.

Məşqçi Zöhrab Mahmudov APA-ya bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.

Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR