Çexiyanın xarici işlər naziri yol qəzasında xəsarət alıb

Çexiyanın xarici işlər naziri yol qəzasında xəsarət alıb
# 16 sentyabr 2017 01:12 (UTC +04:00)

Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek avtomobil qəzasına düşüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiya XİN rəsmisi İrena Valentova bildirib.

Məlumata görə, insident ölkənin cənub-şərq bölgəsində qeydə alınıb. Zəncirvari qəza nəticəsində baş nahiyəsindən xəsarət alan nazir helikopterlə Brno şəhər xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra L.Zaoralek ambulator müalicə üçün evə buraxılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Qəza nəticəsində ümumilikdə 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Qeyd edək ki, Çexiya Sosial Demokrat partiyasının liderlərindən biri olan 61 yaşlı L.Zaoralek oktyabrın 20-21-də ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində seçkiqabağı təşviqat kampaniyasında iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR