Dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başlayıb
# 05 yanvar 2017 14:08 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Seyfulla Cəfərovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

APA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

S. Cəfərov ittiham aktı üzrə özün qismən təqsirli bilib.

Sonra zərərçəkmiş şəxslər ifadə verib.

Vəfa Quliyeva ifadəsində deyib ki, yoldaşı İmamverdi Quliyev istintaq təcridxanasında olarkən, vəkil S. Cəfərov onu aldadaraq, cəza müddətinin azaldılacağını deyib: "Bu hadisə 2013-cü ildə baş verib. Yoldaşım da mənə dedi ki, bu şəxsə pul verilməlidir. Guya bu adam İmamverdi barəsində qısa müddətli hökm çıxarılmasına nail olacaq. Mən də buna görə 8 min manat pul vermişəm".

Şəhla Xudatova isə deyib ki, 2013-cü ildə orta məktəbdə dərnək sədri vəzifəsindən kənarlaşdırılıb və işinə qayıtmaq üçün məhkəməyə müraciət edib: "Bunun üçün mənə vəkil lazım idi. Sonra Seyfulla Cəfərovla tanış oldum və bu işi həll etmək üçün ona 1000 manat pul verdim. O isə, heç bir iş görmədi, pulu aldıqdan sonra yoxa çıxdı".

Məhkəmə prosesi yanvarın 10-da davam etdiriləcək.

İttihama görə, S. Cəfərov 13 nəfər zərərçəkmiş şəxsə ümumilikdə 50 min manat məbləğində dələduzluq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR