IV İslam Oyunlarında futbol yarışlarının püşkatma mərasimi olub

IV İslam Oyunlarında futbol yarışlarının püşkatma mərasimi olub
# 06 aprel 2017 20:30 (UTC +04:00)

Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramına daxil olan futbol yarışlarının püşkatma mərasimi olub. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edəcək U-23 milli komandamızın da rəqibləri bəlli olub.

Yığmamız A qrupunda yarışacaq. Yaşar Vahabzadənin yetirmələri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə qarşılaşacaq.

Digər qrupda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yığmaları mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirin futbol yarışları mayın 8-dən başlanacaq. Açılış matçında millimiz Kamerunlu həmyaşıdları ilə oynayacaqlar. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda çarpaz üsulu ilə üz-üzə gələcəklər. Final matçı isə mayın 21-də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR