Bakı-Qazax yolunda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Qazax yolunda avtomobil piyadanı vuraraq öldürüb
# 04 mart 2017 13:30 (UTC +04:00)

Bakı-Qazax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib.

Zəyəm kənd sakini, 1964-cü il təvəllüdlü Vəliyev Vidadi Niyaz oğlu yolu keçən zaman naməlum avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində ölüb. Avtomobil isə hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR