Ali məktəblərə qəbul olmaq üçün 34 mindən çox abituriyent ixtisas seçimi edib

Ali məktəblərə qəbul olmaq üçün 34 mindən çox abituriyent ixtisas seçimi edib
# 10 avqust 2015 08:10 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, bu gün saat 11.05-ə olan məlumata görə 34 536 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçib və elektron ərizəsinə daxil edib təsdiqləyib.

Qeyd edək ki, ixtisas seçimi 11 avqust saat 00.00-dək davam edəcək.

İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR