Azərbaycan prezidenti “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Azərbaycan prezidenti “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
# 10 avqust 2015 16:51 (UTC +04:00)

APA-nın məlumatına görə, Nazirlər Kabineti 3 ay müddətində:

Azərbaycan qanunlarının və prezidentin aktlarının “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb prezidentə təqdim etməlidir;

“Avtomobil nəqliyyatı haqqında” qanunun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş məsuliyyətin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir;

avtovağzala (avtostansiyaya) pasportun verilməsinə görə həmin Qanunun 7.5-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumu məbləğinin müəyyən olunması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir;

həmin Qanunun 7-1.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanı barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir;

avtonəqliyyat vasitələri üçün saxta və ya keyfiyyətsiz ehtiyat hissələr idxalının qarşısını almaq məqsədi ilə müvafiq təkliflər hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir;

həmin Qanunun 9.2-ci maddəsinə uyğun olaraq, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair tələbləri müəyyən etməlidir və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir;

avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələrinin məcburi sertifikatlaşdırılmalı olan mallara aid edilməsi məqsədi ilə “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarında müvafiq dəyişikliklər etməlidir və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir;

mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə 5 ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir;

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 3 ay müddətində aşağıdakı standartları təkmilləşdirərək, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim etməlidir və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir, Nəqliyyat Nazirliyi isə standartlar qüvvəyə mindiyi gündən 3 ay müddətində avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarını (sahələrini) həmin standartlarla tanış etməlidir.

Öz növbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, habelə avtonəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət, nasazlığın aradan qaldırılması, eləcə də onların etibarlı və təhlükəsiz istismarı və ekoloji yararlılığı üzrə kompleks işlər sahəsində mütəxəssislərin peşə standartlarını 2016-cı il yanvarın 1-dək təsdiq edərək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim etməlidir, Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR