AXCP rəhbərliyi qurultay ətrafında yaranan qalmaqala münasibət bildirib

AXCP rəhbərliyi qurultay ətrafında yaranan qalmaqala münasibət bildirib
# 10 sentyabr 2015 14:09 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Əli Kərimli yenidən Azərbaycan Xalq cəbhəsi Partiyasının sədri seçiləcək”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib.

O bildirib ki, AXCP sədrliyinə namizədliyin irəli sürülməsi qurultayın gedişində müəyyən olunur: “Partiya sədrliyinə namizədliyi qurultay nümayəndələri irəli sürürlər. Yəni, bu, qurultayın gedişində müəyyən olunur. Ona görə də indidən partiya sədrliyinə kimin namizəd olacağını demək çətindir. Artıq qurultayın vaxtı müəyyən olunub, yer ayrılıb. Hələ heç kim partiya sədrliyinə namizəd olmaq iddiasını açıqlamayıb. Buna görə də böyük ehtimalla Əli Kərimli yenidən AXCP rəhbəri seçiləcək”.

H. Kərimov AXCP-nin bəzi rayon şöbələrində qurultay nümayəndələrinin seçilmədiyini, partiyanın qurultay prosedurunu pozduğu haqqında ittihamlara da cavab verib: “Nərimanov rayonu da daxil olmaqla, 5-6 rayon şöbəsi var ki, orada hələ qurultay nümayəndələri seçilməyib, ancaq sentyabrın 13-də həmin rayonlarda da bu proses başa çatacaq. Ona görə də qurultay prosedurunun pozulması haqqında deyilənlərin heç bir əsası yoxdur, bu, növbəti dəfə partiyaya qarşı qarayaxmadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR