Təhsil Nazirliyi XI sinif dərslik komplektlərinin satın alınması üçün müsabiqə elan edib

Təhsil Nazirliyi XI sinif dərslik komplektlərinin satın alınması üçün müsabiqə elan edib
# 27 fevral 2017 13:19 (UTC +04:00)

Təhsil Nazirliyi 2018/2019-cu tədris ilində ümumtəhsil məktəblərinin XI sinifləri üçün dərslik komplektlərinin nəşrinin və nəşr üzərində müstəsna hüquqların satın alınması məqsədilə açıq tender (müsabiqə) elan edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, tender 19 lot üzrə keçirilir. Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Prezidentin sərəncamına əsasən, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1 yanvar tarixinədək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması dayandırılıb.

Tenderdə dərslik komplektlərinin hazırlanması, eləcə də nəşr işləri sahəsində peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, satınalma müqaviləsi bağlamaq səlahiyyəti, ödəmə qabiliyyətli, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olan, müflis elan olunmayan, ödənişə yönəlmiş girovu olmayan, əmlakı üzərində həbs qoyulmayan, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmayan, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmayan, peşə fəaliyyəti ilə məşğul olması məhkəmə qaydasında qadağan edilməyən malgöndərənlər (podratçılar) iştirak edə bilərlər. İddiaçı statusu almaq istəyənlər sentyabrın 20-dək müvafiq sənədləri təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR