Almaniyanın məşhur şirkəti Türkiyəyə silah embarqosu tətbiq edib

Almaniyanın məşhur şirkəti Türkiyəyə silah embarqosu tətbiq edib
# 28 noyabr 2016 14:34 (UTC +04:00)

Almaniyanın “Heckler & Koch” silah şirkəti Türkiyəyə silah satmamaq barədə qərar qəbul edib.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, satış strategiyasını dəyişən “Heckler & Koch” gələcəkdə yalnız NATO üzvü və NATO ilə yaxın münasibətlərə malik demokratik, korrupsiyanın mövcud olmadığı ölkələrə silah satacaq. Bu ölkələr “yaşıl siyahı”ya daxil edilib. Səudiyyə Ərəbistanı, Meksika, Braziliya və Hindistan kimi ölkələr bu siyahıdan kənarda qaldığı üçün gələcəkdə həmin ölkələrə silah satılmayacaq.

Almaniya mətbuatı şirkətin “sarı siyahı”ya daxil etdiyi Türkiyəyə də gələcəkdə silah satmamaq niyyətində olduğunu yazıb. “Heckler & Koch”un silah satışı ilə bağlı Almaniya hökumətindən icazə almaqda çətinliklə üzləşdiyi üçün satış strategiyasını dəyişdirdiyi bildirilir. Bununla belə, “Heckler & Koch” indiyə qədər imzalanmış müqavilələr çərçivəsində “yaşıl siyahı”ya daxil edilməmiş ölkələrə silah satışı ilə bağlı öhdəlikləri də yerinə yetirəcək.

Qeyd edək ki, bundan öncə Avstriya parlamenti Türkiyəyə silah satılmamasını tövsiyə edən qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR