Kosta-Rikada “Otto” qasırğası nəticəsində 9 nəfər ölüb

Kosta-Rikada “Otto” qasırğası nəticəsində 9 nəfər ölüb
# 25 noyabr 2016 21:30 (UTC +04:00)

Kosta-Rikada “Otto” qasırğası nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 4 nəfərin öldüyü bildirilirdi.

Təbii fəlakətlə əlaqədar 2 500 nəfər evakuasiya edilərək təhlükəsiz ərazilərə köçürülüb. Ölkədə üçgünlük matəm elan edilib. Hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam edir.

Qeyd edək ki, Panamada “Otto” qasırğasının əmələ gətirdiyi leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlər olub, 50 yaşayış evi dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR