Robinyo “İstiqlal”a keçir

Robinyo “İstiqlal”a keçir
# 04 yanvar 2020 01:14 (UTC +04:00)

Braziliya millisinin sabiq futbolçusu Robinyo karyerasını İranda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Türkiyənin “Başakşəhər” klubunda çıxış edən hücumçu “İstiqlal”a keçməyə yaxındır.

İki klub arasında hazırda davam edən danışıqlar müsbət nəticələnsə, 35 yaşlı cənubi amerikalının keçidi gerçəkləşəcək. Ötən ilin dekabrında “Sivasspor”dan transfer olunan Robinyo vaxtilə “Real”, “Mançester Siti” və “Milan” kimi klublarda çıxış edib.

Qeyd edək ki, 2003-17-ci illərdə Braziliya yığmasında oynayan Robinyo 100 matçda 28 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR