Bakıda quldurluqda təqsirləndirilən Gürcüstan vətəndaşları tutulub

Bakıda quldurluqda təqsirləndirilən Gürcüstan vətəndaşları tutulub
# 01 aprel 2014 10:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda quldurluq edən Gürcüstan vətəndaşları tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 31-də paytaxtın Nizami rayonu Naxçıvanski küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Natella Rəhimovaya zor tətbiq edərək 95 manatını alıb.

Çevik Polis Alayı və Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Gürcüstan vətəndaşları Paata Kakutia və Yaşa Kakutia tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR