Oğurluq edən Sumqayıt sakini tutulub

Oğurluq edən Sumqayıt sakini tutulub
# 04 mart 2014 09:50 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. “Park Bulvar” ticarət mərkəzindən oğurluq edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də “Park Bulvar” ticarət mərkəzində Sumqayıt şəhər sakini Kəmalə Ağakişiyevaya məxsus mağazadan 1 ədəd gödəkcə oğurlayan Bakı şəhər sakini Azər Qənbərli tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR