Kənd Təsərrüfatı Nazirliyi traktorların istismarı ilə bağlı monitorinq qrupu yaradıb

Kənd Təsərrüfatı Nazirliyi traktorların istismarı ilə bağlı monitorinq qrupu yaradıb
# 03 iyun 2014 14:52 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Gəncə Avtomobil Zavodunda istehsal edilən və “Aqrolizinq” ASC tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarının və aqroservis filiallarının istifadəsinə verilən traktorların işinin səmərəli təşkili ilə əlaqədar respublikanın bütün bölgələrində monitorinqlərin keçirilməsi, traktorların istismarı müddətində baş vermiş nasazlıqların və onların yaranması səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə monitorinq qrupu yaradılıb.

Qurumdan “APA-Economics”ə verilən məlumata görə, monitorinq qrupunun tərkibinə nazirliyin, “Aqrolizinq”in, Azərbaycan və Lənkəran Dövlət Maşın Sınaq stansiyalarının və Gəncə Avtomobil Zavodunun mütəxəssisləri daxil edilib.

Monitorinq zamanı traktorların istifadə olunduğu müddət, mexanizatorların peşəkarlığı, göstərilən texniki servis xidmətinin səviyyəsi və ehtiyat hissələrinin təchizatı ilə bağlı vəziyyət araşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR