Təcridxanalara qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb

Təcridxanalara qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb
# 06 noyabr 2013 07:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan 1976-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinərək həbs olunmuş şəxs Fəqan Mənaf oğlu Fərəcovun yanına qısamüddətli görüşə gəlmiş vətəndaş Aygün Bəxtiyar qızı Paşayevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman əl çantasının daxilində danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında cəza çəkən 1986-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.2.11; 181.3.2; 181.3.3 və 66.3 maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəyal Mətləb oğlu Verdiyevin üzərinə və şəxsi əşyalarına baxış keçirilərkən əynində olan alt paltarının içərisində gizlədilmiş daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

3 saylı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə təcridxanasında saxlanılan 1976-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Fazil Vidadi oğlu Baxşəliyevin üzərinə və şəxsi əşyalarına baxış keçirilərkən idman çantasının içərisində gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.


Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR