Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib - FOTOSESSİYA

Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib - <span style="color: red;">FOTOSESSİYA
# 01 aprel 2014 10:25 (UTC +04:00)

Bakı - APA. Rusiya Federasiyasının Həştərxan vilayət qubernatoru administrasiyasının rəhbəri Kanat Şantimirovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir. Bakının Nərimanov Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını ziyarət edib.

Daha sonra nümayəndə heyəti Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə görüşüb. Görüşdə Həştərxan vilayəti ilə Azərbaycan arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi zəruri sayılıb, Azərbaycan dövləti tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüşdən sonra nümayəndə heyəti ötən il Nərimanov rayonunda dostluq və qardaşlıq rəmzi olaraq ucaldılmış “Bakı və Həştərxan Dostluğu” abidəsinin yerləşdiyi parka gedərək abidə ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR