Nazir: “Təhsilin İnkişafı Fondunun yaradılması təhsilin bütün pillələrinin inkişafına şərait yaradacaq” - YENİLƏNİB

Nazir: “Təhsilin İnkişafı Fondunun yaradılması təhsilin bütün pillələrinin inkişafına şərait yaradacaq” - <span style="color: red;">YENİLƏNİB
# 25 oktyabr 2013 10:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına əsasən təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi məsələsinə aydınlıq gətirib. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, ümumilikdə bir sıra məsələlərdə ali məktəblərə artıq muxtariyyət verilib. Onun sözlərinə görə, muxtariyyətin verilməsi hesabatlılığın azaldılması deyil, çoxaldılması deməkdir. M.Cabbarov qeyd edib ki, bu prizmadan aparıcı təhsil sistemlərinin uğurlu təcrübəsi yaxından öyrənilməlidir. Nazir vurğulayıb ki, ali məktəblərə muxtariyyətin verilməsi təhsil ocaqlarının mülkiyyət formasından asılı olmayaraq idarəetmə modellərinin təkmilləşdirilməsinə, onların fəaliyyətinin şəffaflığının və səmərəliliyinin təmin edilməsinə, ali təhsil müəssisələrinin tədris proseslərinin keyfiyyətinin yüksəldilməsi hesabına məzunların bilik səviyyəsinin, peşəkar bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.

M.Cabbarov Azərbaycanda Təhsilin İnkişafı Fondunun yaradılması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, fondun yaradılması ümumilikdə təhsilin bütün pillələrinin inkişafına şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR