Rusiyanın Azərbaycandakı Ticarət Palatasına yeni sədr təyin olunub

Rusiyanın Azərbaycandakı Ticarət Palatasına yeni sədr təyin olunub
# 17 iyun 2014 13:55 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Palatasına yeni sədr təyin olunub. Bu vəzifəni Rusiyanın Federasiyası Qaraçay-Çərkəz Respublikasının keçmiş iqtisadi inkişaf naziri Eldar Tlyabiçev icra edəcək.

APA-Economics”in məlumatına görə, bu barədə Qaraçay-Çərkəz Respublikasının rəhbəri Rəşid Təmrəzov bu gün keçirilən hökumətin iclasında bildirib.

R.Təmrəzov E.Tlyabiçevin nazir kimi böyük uğurlar əldə etdiyini vurğulayaraq, yeni işində nailiyyətlər arzu edib.

Qeyd edək ki, bundan öncə Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Palatasına Yuriy Şedrin rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR