Qurtuluş Günü münasibətilə Goranboydakı hərbi hissədə tədbir keçirilib - FOTOSESSİYA

Qurtuluş Günü münasibətilə Goranboydakı hərbi hissədə tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 13 iyun 2014 08:58 (UTC +04:00)

Goranboy. Teymur Zahidoğlu - APA. 15 iyun - Qurtuluş Günü münasibətilə Goranboyda yerləşən "N" saylı hərbi hissədə tədbir keçirilib. APA-nın Qarabağ bürosu xəbər verir ki, bayram toplantısında Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Goranboy uğrunda döyüşlərin iştirakçıları, Azərbaycanın milli qəhrəmanları iştirak ediblər. Mərasimdə Azərbaycan əsgərləri öz döyüş bacarıq və qabiliyyətlərini də nümayiş etdiriblər.

Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani bildirib ki, analoji tədbirlər orduda bir həftə ərzində davam etdiriləcək və bu toplantılar ictimaiyyət üçün açıq olacaq: “Bu tədbirlərdə gənc əsgərlərə ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şücaət göstərən hərbiçilərimizin qəhrəmanlıqlarından bəhs olunur, onlara hərb tariximizin şanlı səhifələrindən söhbət açılır”.

Əsgərlər qarşısında çıxış edən milli qəhrəmanlar Maşallah Abdullayev və Məhəmməd Həsənov əsgərlərə indi xidmət etdikləri ərazidə gedən döyüşlər haqda danışıblar. Onlar bildiriblər ki, vaxtilə Azərbaycan ordusu bu əraziləri çox çətinliklə, silahsız-sursatsız qoruya bilib. Amma bu gün Azərbaycan əsgərinin ən müasir texnikası, yüksək döyüş ruhu var.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR