İranda azərbaycanlı fəala həbs cəzası verilib

İranda azərbaycanlı fəala həbs cəzası verilib
# 17 iyun 2014 15:33 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda azərbaycanlı fəala həbs cəzası verilib.

APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, Kərim Fəyyazi hakimiyyətin əleyhinə təbliğat aparmaqda günahlandırılaraq Məlikan (Məlikkəndi) Şəhər Məhkəməsi tərəfindən bir il azadlıqdan məhrum edilib. Ancaq bu qərar 3 il müddətinə təxirə salınıb.

Qeyd edək ki, K.Fəyyazi fevralın 20-də 21 fevral - Ümumdünya Ana Dili Günü ərəfəsində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Məlikkəndi şöbəsinin əməkdaşları tərəfindən Səccad Əfruziyanla birlikdə tutulub. Azərbaycanlı fəal iki gün təcridxanada saxlanıldıqdan sonra Marağa şəhərinin həbsxanasına köçürülüb və 15 günlük həbs həyatından sonra ailəsinin qoyduğu 50 milyon tümən mülk girovu qarşılığında zəmanətlə azadlığa buraxılıb. O, təcridxanada saxlanıldığı müddətdə fiziki və psixoloji işgəncələrə məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR