BMT: Suriyadakı silahlıların arasında birmənalı «yaxşı oğlanlar» yoxdur

BMT: Suriyadakı silahlıların arasında birmənalı «yaxşı oğlanlar» yoxdur
# 22 iyun 2013 04:49 (UTC +04:00)

Bakı-APA. Suriya qiyamçılarının arasından «yaxşı oğlanları» seçmək, üstəlik onlara silah vermək olmaz. BMT-nin Suriyada insan haqlarının pozulmasının təhqiqatı komissiyasının başçısı Paulu Serjiu Pineyru bu fikirdədir.

Pineyrunun sözlərinə görə, belə bölünmə düzgün deyil. «Yaxşı və pis oğlanlara bölünmə çox nisbi məsələdir», deyə o bildirib.

BMT komissiyasının sədri xəbərdar edib ki, «yaxşı» adlandırılacaq yaraqlılara silah verilməsi münaqişənin nizamlanmasına gətirməyəcək. «Bu silah yalnız zorakılıq və hərbi cinayətlərin artmasına gətirib çıxaracaq», deyə o bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR